Oleq Stepko qızıl medal qazandı

Oleq Stepko qızıl medal qazandı
  21 Fevral 2016    Oxunub:2766
Azərbaycan gimnastı Oleq Stepko Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda halqalarda hərəkətlərdə bürünc medal qazanıb.
Oleq Stepko finalda 14.700 bal toplayıb.

Türkiyəli İbrahim Çolak (15.450 xal) birinci, yaponiyalı Kazuma Kaya (14.800 xal) isə ikinci yeri tutublar.

***

Azərbaycan gimnastı Oleq Stepko Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qollarda hərəkətlərdə qızıl medal qazanıb. Finalda idmançımız 15.550 xal toplayıb.

Gümüş medalı aktivində 15.350 xalla türkiyəli idmançı Fərhat Arican, bürünc medalı isə 15.250 xalla Yaponiyanın təmsilçisi Kadzuma Kay qazanıb.

Bundan əlavə, kişilərin dayaqla tullanma yarışlarında Azərbaycan gimnastı Oleq Stepko 14.650 xalla gümüş medala sahib olub.

Yaponiyalı gimnast Kenzo Şirai 14.975 xalla yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bürünc medalı isə türkiyəli Ahmet Öndər (14.400 xal) qazanıb.

Qadınların gimnastik tiri yarışlarında Braziliya təmsilçisi Flavia Lopes 14.800 xalla Dünya Kuboku yarışlarının qalibi adını qazanıb.

İsveçli Emma Larsson 13.650 xalla yarışı ikinci, Avstriya idmançısı Eliza Hammerle isə 13.350 xalla üçüncü pillədə başa vurub.

Azərbaycan atleti Marina Nekrasova isə 13.050 xalla dördüncü olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti