İki gimnastımız finalda

İki gimnastımız finalda
  19 Fevral 2016    Oxunub:2193
Azərbaycanda ilk dəfə idman gimnastikası üzrə dünya “Challenge” kuboku yarışları başlayıb.
Yarışlar 2015-ci ildə ilk Avropa Oyunları zamanı gimnastikanın altı növü üzrə yarışlara ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir. Kubok yarışlarında 19 ölkəni təmsil edən nümayəndə heyətinin tərkibində ümumilikdə 146 iştirakçı var. Yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 46 kişi və 22 qadın gimnast mübarizə aparır.

Dünya kuboku yarışlarına kişilər arasında sərbəst hərəkətlər və gimnastika atında yarışlarla start verilib. Dünya kubokunda kişilərin sərbəst hərəkətlər yarışında millimizin üzvü Petro Paxnyuk 14.950 xalla 20 idmançı arasında ikinci olub və finala yüksəlib. Bu növdə israilli Artyom Dolqopyat birinci pillədə qərarlaşıb.

Qadınların dayaqla tullanma yarışlarında isə gimnastımız Mariya Smirnova dünya kuboku yarışlarının finalına yüksəlib. Atletimiz 13.150 xalla səkkizinci olub.

Digər idmançımız "Bakı-2015" ilk Avropa Oyunlarının beş medalını qazanan Oleq Stepko isə 13-cü olub və finala yüksələ bilməyib.

AzVision.az




Teqlər:





Xəbər lenti