UEFA Putinə görə `Lokomotiv`i cəzalandıracaq

UEFA Putinə görə `Lokomotiv`i cəzalandıracaq
  17 Fevral 2016    Oxunub:4185
UEFA yarımmüdafiəçi Dmitri Tarasovun geyindiyi formaya görə Rusiyanın `Lokomativ` klubunu cəzalandıracaq.
AzVision.az ` Associated Press`-ə istinadən xəbər verir ki, onun köynəyinin üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli əks olunub.

Tarasov ötən gün İstanbulda `Fənərbağça` klubu ilə keçirilən oyundan sonra futbol formasını əynindən çıxarıb. Onun futbol geyiminin altında Putinin portreti və `Ən nəzakətli prezident` yazısı qeyd olunub.

Futbolçu bu hərəkətini ölkə başçısına dəstəyini ifadə etmək üçün etdiyini bildirib: “Bu, mənim prezidentimdir. Mən ona hörmət edirəm və onu hər yerdə dəstəkləməyə hazıram”.

Qeyd edək ki, UEFA futbol oyunları zamanı siyasi aksiyaların keçirilməsini qadağan edib.

Ötən gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına start verilib.

İlk oyun günündə "Fənərbağça" "Lokomotiv"i (Moskva) qəbul edib. Oyunun 18-ci dəqiqəsində “Fənərbaxça” təmsilçisi Souza oyunda hesabı açıb. İlk hissə türklərin üstünlüyü ilə başa çatıb. İkinci hissə də Türkiyə təmsilçisinin üstünlüyü ilə keçib. 72-ci dəqiqədə Souza türkləri ikinci dəfə sevindirib. Bu, matçda sonuncu qol olub. Qalmaqallı görüş Türkiyə klubunun 2:0 hesablı qələbsi ilə başa çatıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti