“Ailənin ən axmağıydım, amma Nobel aldım”

“Ailənin ən axmağıydım, amma Nobel aldım”
  21 Fevral 2013    Oxunub:1798
Türkiyəli yazar, Nobel mükafatçısı Orxan Pamuk İtaliyanın nüfuzlu “La Repubblica” qəzetinə verdiyi müsahibəsində, ailənin ən axmaq uşağı olduğunu etiraf edib.
İstanbuldakı dəniz mənzərəli evində verdiyi müsahibəsində yazıçı, atasının ona mühəndis olması üçün təzyiq etdiyini ancaq riyaziyyat müəllimlərindən qorxduğu üçün bu arzundan daşındığını deyib.
Pamuk mühəndis təhsili alan böyük qardaşı qarşısında özünü “ailənin idiotu” kimi hiss edib- etmədiyi sualına “əlbəttə” cavabını verib : “Tipik ikinci uşaq nümunəsiyəm. Yəni, türk ailələrindən həmişə böyük uşağın təhsili daha önəmli hesab olunur və ona daha çox diqqət ayrılır. Qardaşım hər zaman üzərinə düşən işin öhtəsindən məharətlə gəlib. Bir yerə gedəndə o, həmişə ünvanı tapmaq üçün küçə adlarıyla maraxlanarkən mən havalara və vitrinlərə baxaraq xəyal qurardım”.
“Dostlarım hələ də böyümədiyimi deyir” söyləyən Pamuk “Bu, fantaziyanızı zənginləşdirir ancaq sosial varlıq ola bilmirsiniz. Artıq 60 yaşındayam və xarakterimin dəyişməyəcəyini qəbul etməliyəm” deyib.



Teqlər:  





Xəbər lenti