Millimiz Avropa çempionatı ilə vidalaşdı

Millimiz Avropa çempionatı ilə vidalaşdı
  10 Fevral 2016    Oxunub:1764
Azərbaycanın milli komandası futzal üzrə Avropa çempionatının dörddəbir final mərhələsində Rusiya yığması ilə qarşılaşıb.
Serbiyanın paytaxtındakı “Belqrad Arena”da keçirilən matçda millimiz 2:6 hesabı ilə məğlub olub. Oyunda Azərbaycan millisinin heyətində Auqusto Sezar dubl edib. Rusiya yığmasının heyətində isə Sergey Abramov (2 dəfə), Romulo və Eder Lima (3 dəfə) fərqləniblər.

Matçı Paskal Lemal (Belçika), Timo Onatsu (Finlandiya), Sasa Tomiç (Xorvatiya) və Tomasz Frakdan (Polşa) ibarət hakimlər briqadası idarə edib.

Bununla da millimiz Avropa çempionatı ilə vidalaşıb. Yarımfinalda Rusiya yığması Serbiya komandası ilə qarşılaşacaq.


Teqlər:





Xəbər lenti