`Bu, ermənilərin növbəti yalanıdır` - Müdafiə Nazirliyi

`Bu, ermənilərin növbəti yalanıdır` - Müdafiə Nazirliyi
  04 Fevral 2016    Oxunub:2208
Azərbaycan Müdafiə Nazirliyi ermənilərə məxsus mülki avtomobilin vurulması barədə yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, erməni tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədindəki təxribatı ört-basdır etmək və Azərbaycanı günahlandırmaq məqsədilə guya mülki şəxsə məxsus VAZ-2106 markalı avtomobilin vurulması barədə absurd xəbər yayıb:

"Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini, mülki obyektləri və avtomobilləri atəşə tutmayıb. Bu kimi məlumatların heç bir əsası yoxdur və növbəti erməni yalanıdır".

AzVision.az


Teqlər:  





Xəbər lenti