Əsgərimiz şəhid oldu - 3 erməni məhv edildi

Əsgərimiz şəhid oldu - 3 erməni məhv edildi
  04 Fevral 2016    Oxunub:3582
Azərbaycan Ordusunun əsgəri şəhid olub.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

Bildirilib ki, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti