Suriya danışıqları təxirə salındı
Onun sözlərinə görə, danışıqlar fevralın 25-dək təxirə salınıb. S. de Mistura bildirib ki, danışıqların dayandırılması onların iflasa uğraması anlamına gəlməməlidir, lakin konfransı təşkil edən tərəflər arasında irəliləyişə nail olmaq üçün açıq sualların müzakirəsi üçün görüşlər keçirilməlidir.
Yanvarın 29-dan başlayan danışıqlar prosesində hələlik tutarlı nəticələrin əldə olunmadığına işarə edən S. de Mistura fevralın 2-də İsveçrə televiziyası üçün verdiyi müsahibədə “danışıqlar naminə danışıqlar” aparmayacağını və tərəflərin münaqişənin həlli üçün ciddi addımlar atmalı olduğunu bildirib. O, hökumət və müxalifət qrupları arasında birbaşa danışıqlara başlamaq üçün hələ görüləsi işlərin çox olduğunu vurğulayıb. (Azərtac)