Prezident yanında Apellyasiya Şurasının tərkibi - SİYAHI

Prezident yanında Apellyasiya Şurasının tərkibi - SİYAHI
  03 Fevral 2016    Oxunub:3464
Azərbaycan prezidenti yanında Apellyasiya Şurasının Tərkibi təsdiqlənib.

AzVision.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Azərbaycan prezidenti yanında Apellyasiya Şurasının tərkibi:

Şuranın sədri

Eldar Nuriyev-Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri.

Şuranın üzvləri:

Feyruz Mustafayev - Prezidentin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi

Vüsal İsayev - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri

Bəhram Məmmədli - Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi

Nəsimi Məmmədov - Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi

Elturan Babayev - Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi

Niyaz Əliyev - Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi

Süleyman Qəmbərov - Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri

Anar Əliyev - İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri

AzVision.az


Teqlər:  





Xəbər lenti