Cəsədi tapılan neftçinin kimliyi məlum oldu - VİDEO

Cəsədi tapılan neftçinin kimliyi məlum oldu - VİDEO
  03 Fevral 2016    Oxunub:7167
Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.
AzVision.az SOCAR-ın saytına istinadən məlumat verir ki, ekspertlərin rəyinə əsasən, cəsəd “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və `Günəşli` yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.



AzVision.az


Teqlər:  





Xəbər lenti