Nazir vətəndaşların problemlərini dinlədi

Nazir vətəndaşların problemlərini dinlədi
  03 Fevral 2016    Oxunub:1680
Bu gün Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının sakinlərini qəbul edib.
AzVision.az məlumatına görə, qəbula gələn 50 nəfərə yaxın vətəndaşın şikayət və müraciətləri dinlənilib.

Qəbulda vətəndaşlar əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti