Bakıda atışma olub: 1 nəfər güllələndi

Bakıda atışma olub: 1 nəfər güllələndi
  03 Fevral 2016    Oxunub:3361
Fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Kamran Babayev evinin qarşısından boyun və kürək nahiyyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib.
Bu barədə AzVision.az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunur ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə xəsarətin ona qonşusu, həmyerlisi Qüdrət Kərimov tərəfindən “Makarov” markalı tapançadan iki dəfə açılmış atəşlə yetirilməsi müəyyən edilib.

Xəstəxanaya yerləşdirilmiş K.Babayevin vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb.

Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzVision.az



Teqlər:  





Xəbər lenti