Bu gün yağış yağacaq

Bu gün yağış yağacaq
  03 Fevral 2016    Oxunub:1481
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az- a verilən məlumata görə, gecə yarmadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Axşam bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 3-5, gündüz 8-12 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq.

Həmçinin Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıtılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Yaxın iki gün ərzində Abşeron yarmadasında metroloji amillərin zəif və mülayim tərəddütü metrohəssas insanlar üşün əsasən əlverişlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti