Rusiyada korrupsiya artıb

Rusiyada korrupsiya artıb
  21 Fevral 2013    Oxunub:2247
Rusiya ötən il korrupsiyadan 21 milyard rubl ziyan görüb
Rusiya Federasiyasının baş prokuroru Yuriy Çayka Dövlət Dumasının "Hökumət saatı"nda bəyan edib ki, korrrupsiya cinayətləri üzündən ölkəyə bu il 21 milyard rubl ziyan dəyib. Baş prokuror vurğulayıb ki, 40 mindən artıq cinayət aşkarlanıb. Bu da ötən ildəkindən 25% çoxdur. Onun sözlərinə görə, mütəşəkkil şəkildə törədilən korrupsiya cinayətlərinin sayı 3 dəfədən çox artıb. Onların 80 %-dən çoxu xüsusi külli miqdarda korrupsiya cinayətidir. Yuriy Çayka onu da əlavə edib ki, yerli idarəetmə orqanlarının 889 qulluqçusu, o cümlədən, 284 bələdiyyə başçısı, 114 deputat cinayət məsuliyyətinə cəlb olunub. Bundan başqa il ərzində hüquq mühafizə orqanlarının 1159 nəfər əməkdaşı mühakimə olunub.


Teqlər:





Xəbər lenti