Bakıda cibgir qadın tutuldu

  23 Yanvar 2016    Oxunub : 1584
Bakıda cibgir qadın tutuldu
Bakıda cibgirlik edən qadın tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 21-də Bakı şəhər sakini Məcid Yusifovdan 963 manat, 700 ABŞ dolları və 155 lirə pul oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mehriban Ələkbərova tutulub. Faktla bağlı araşdırma aparılır.

Teqlər: