Millimiz Ukraynaya qalib gəldi

Millimiz Ukraynaya qalib gəldi
  23 Yanvar 2016    Oxunub:1967
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turniri çərçivəsində ilk oyununa çıxıb.
Ukraynanın U-21 yığması ilə qarşılaşan millimiz matçın 49-cu dəqiqəsində qapısında qol görüb. 58-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Namiq Ələsgərov hesaba tarazlıq gətirib.

88-ci dəqiqədə isə N.Ələsgərov komandamıza qələbə gətirən qolu vurub - 2:1.

Qeyd edək ki, millimiz turnirdə Səudiyyə Ərəbistanı, Albaniya və Bəhreyn yığmaları ilə də qarşlaşacaq.


Teqlər:





Xəbər lenti