AFFA `Bakı`nın 6 xalını sildi

AFFA `Bakı`nın 6 xalını sildi
  13 Yanvar 2016    Oxunub:1629
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, yığıncaqda FİFA-nın assosiasiyaya göndərdiyi məktuba baxılıb. Bu sənəddə beynəlxalq futbol təşkilatının Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyi bildirilib. Belə ki, “Bakı” hollandiyalı futbolçusu Adnan Bərəkətlə arasında bağlanmış müqavilə şərtlərinə riayət etməməyi səbəbindən kluba cəza verilib. FİFA AFFA-nın İntizam Komitəsinə paytaxt təmsilçisinin hesabından 6 xal silinməsini tapşırıb.

Bunları nəzərə alan komitə Azərbaycan çempionatının I divizionunda çıxış edən "Bakı"nın cari mövsümdəki hesabından 6 xal silib.


Teqlər:





Xəbər lenti