Əli Kərimlinin əmisi oğlu: `Baş kəsəcəyik`

Əli Kərimlinin əmisi oğlu: `Baş kəsəcəyik`
  08 Yanvar 2016    Oxunub:27367
“Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahid facebook sosial şəbəkəsində guya Avropada “mühacir” həyatı yaşayanların məhv ediləcəyi ilə bağlı status paylaşıb. Təbii ki, bu, yalandır, amma məsələ onunla bitmir.

Belə ki, şərh bölümündə Əli Kərimli AXCP-sində təmsil olunanlar bu paylaşımı həqiqət olduğunu təsdiq etməklə yanaşı hətta bu barədə onların özlərinə də informasiya olduğunu vurğulayırlar.



Paylaşıma verilən reaksiyalardan ən çox diqqət çəkəni isə AXCP sədrinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimovun şərhidir. O, qeyd edir ki, bu yazının ciddiliyinə şübhəsi yoxdur. Ancaq, onun Avropada aldığı “tərbiyə”, “söz azadlığı” bununla da bitmir. Belə ki, İnqlab Kərimov tanınmış nazirlərdən birinin oğlunun adını qeyd edərək, onun başını kəsəcəyini bəyan edir.



Deməli, bu barbar təfəkkürlü adamlar İŞİD terrorçusundan heç nəyləri ilə fərqlənmirlər. Hətta sığındıqları Avropa belə bunların təfəkkürünü dəyişdirə bilməyib.

Bu arada qeyd edək ki, İnqlab Kərimov ilk dəfə deyil baş kəsməkdən bəhs edir. Onun bu barədə qalmaqala səbəb olan statusları keçmişdə də olub. Belə ki, 2015-ci ilin yayında bu şəxs İŞİD terrorçularını Azərbaycana baş kəsməyə dəvət edirdi. İndi isə özü İŞİD terrorçusu qiyafəsindədir.



Bu statsu dəstəkləyənlər arasında Əlim Kərimlinin yaxın ətrafı da var. Bu isə o deməkdir ki, elə AXCP-dəkilərin özü İŞİD terroçularına məxsus təfəkkürünə malikdirlər. Əgər Əli Kərimlinin də mövqeyi təxminən belə olmasaydı, o, öz əmisi oğlunun statusunu çoxdan sildirərdi. Məsələ ondadır ki, AXCP adlanan qurumda kimsə Əli Kərimlinin maraqlarından kənar nəsə yaza bilməz. Sosial şəbəkədə də cəbhəçiləri məhz Əli Kərimli yönləndirir. Onun ətrafındakı adamlardan hansısa biri özünə sərf etməyən status, hətta şərh yazdıqda dərhal müdaxilə edərək sildirir.

İnqlab Kərimovun 2015-ci ildə yazdığı və böyük skandala səbəb olan statusuna AXCP-dən o vaxt belə reaksiya verilmişdi: “İnqilab Kərimov sözügedən “Facebook” statusunu ironiya və zarafatyana yazıb...İnqilab bəyə bildirildi ki, bundan sonra zarafat və ironiyalarında da diqqətli olsun”. Gözləyək görək Əli Kərimli bu dəfə əmisi oğlunu bu bataqlıqdan necə çıxaracaq.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti