Hafiz Məmmədov “Lans”ı satır - 2,5 milyonluq təklif

Hafiz Məmmədov “Lans”ı satır - 2,5 milyonluq təklif
  07 Yanvar 2016    Oxunub:4353
Belçikalı biznesmen Qreqori Make azərbaycanlı Hafiz Məmmədovun sahib olduğu fransız “Lans” klubunu almaq istəyir.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, belçikalı “Lans”a 2,5 milyon avro təklif edib. Eləcə də o, birinci mövsümdə kluba 15 milyon yatırmaq istəyir.

Sazişin bağlanması üçün Make Hafiz Məmmədov ilə görüşməlidir. Görüş gələn həftə baş tuta bilər.

Makenin sözlərinə görə, Məmmədov bu sazişə qarşı deyil, amma Fransa və Azərbaycan arasında məsafə müzakirənin tez bir zamanda irəliləməsinə elə də yardım etmir”.


Teqlər:





Xəbər lenti