Azərbaycan Bolqarıstana qalib gəldi

Azərbaycan Bolqarıstana qalib gəldi
  07 Yanvar 2016    Oxunub:1802
Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş gənclər arasında beynəlxalq futbol turniri davam edir.
Bu Azərbaycan millisi (U-17) Bolqarıstanın U-19 komandası ilə qarşılaşıb.

Oyun Azərbaycanın 2:0 hesablı qələbəsi ilə bitib. Yığmamızın heyətində Mətin Gülər (68 dəqiqə) və İbrahim Qədirzadə (90+4) fərqləniblər.

Xatırladaq ki, ilk oyunda Azərbaycan Latviya ilə bərabərliyə qalıb – 1:1.

“C” qrupunda vəziyyət:

1. Sloveniya – 2 oyun (4 xal)

2. Azərbaycan – 2 (4)

3. Latviya – 2 (2)

4. Bolqarıstan – 2 (0)

Qeyd edək ki, yanvarın 8-də Azərbaycan millisi qrupun son turunda Sloveniya ilə qarşılaşacaq. Yığmamız qələbə qazanacağı təqdirdə qrup liderliyinə yüksələcək və yarımfinala vəsiqə qazanacaq.


Teqlər:





Xəbər lenti