Sabah temperatur yüksələcək

Sabah temperatur yüksələcək
  04 Yanvar 2016    Oxunub:2546
Yanvarın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq. Şəhərətrafı yolar buz bağlayacaq.

Yanvarın 5-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlədə duman olacaq. Qıraq qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gündüz ayrı-ayrı yerlədə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 4-9 şaxta, gündüz 3-8 isti, dağlarda gecə 10-15 şaxta, yüksək dağlıq ərazilərdə 18-23 şaxta, gündüz 0-5 şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti