Metropolitenə torpaq ayrıldı

Metropolitenə torpaq ayrıldı
  01 İyul 2013    Oxunub:1163
Nazirlər Kabinetinin qərarı ilə Bakı Metropoliteninin ehtiyacları üçün Bakının Nəsimi və Binqədi rayonlarında 42,26 hektar torpaq sahəsi ayrılacaq.
Bu barədə Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilən qərarında deyilir.

Belə ki, Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllədə yeni metro stansiyasının tikintisi üçün 3,2611 hektar torpaq sahəsi alınacaq.

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3126/27 məhəllədə mövcud II xəttin "Dərnəgül" elektrik deposunun tikintisi üçün 17,09 hektar torpaq sahəsi alınacaq. Bundan başqa, Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində "Xocəsən" elektrik deposunun tikintisi üçün 21,91 hektar torpaq sahəsi alınacaq.

Torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Bakı Metropoliteni müəyyən edilib.

Eyni zamanda, Nazirlər Kabinetinin qərarı ilə Bakı Metropliteninə "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna müvafiq olaraq, təkliflər paketini hazırlamaq tapşırılıb. (trend)


Teqlər:





Xəbər lenti