Türkiyənin parlament sədri Azərbaycana gəlib

Türkiyənin parlament sədri Azərbaycana gəlib
  21 Dekabr 2015    Oxunub:1554
Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman bu gün Azərbaycana gəlib.
AzVision.az xəbər verir ki, TBMM sədrini Milli Məclisin sədr müavini Valeh Ələsgərov, ölkənin Türkiyədəki səfiri Faiq Bağırov, həmçinin Türkiyənin bu ölkədəki səfiri İsmayıl Alper Coşqun və digər rəsmi şəxslər qarşılayıb.

Səfər çərçivəsində İ. Qəhrəmanın Azərbaycanın rəsmi şəxsləri, o cümlədən Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub. Səfər dekabrın 22-də başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti