`Ulduz müharibələri` rekord vurdu: Bir günə $57 milyon

`Ulduz müharibələri` rekord vurdu: Bir günə $57 milyon
  19 Dekabr 2015    Oxunub:2234
"Ulduz müharibələri" filminin 7-ci epizodu artıq 100 milyondan çox pul toplayıb.
"Walt Disney" studiyasının məlumatına görə, təkcə bir gündə - cümə axşamı film 57 milyon dollar qazanıb. Bu, əvvəlki rekorddan çoxdur. Bundan əvvəlki rekord 2011-ci ildə bir gündə 55 milyon dollar gəlir gətirən "Harri Poter" serialının 7-ci filminə məxsus idi.

Bu həftəsonu "Walt Disney" studiyası filmdən 200 milyon dollar gəlir götürməyi planlaşdırır. Bu, elə filmin büdcəsi qədərdir. Əgər həmin məbləğ gəlsə, "Yura dövrünün parkı" filminin də rekordu qırılacaq.

Qeyd edək ki, "Ulduz müharibələri" filminin 7-ci epizodu 6-cı epizodda baş verən hadisələrdən 30 il sonranı təsvir edir. Filmin rejissoru J.J.Abramsdır. "Walt Disney" studiyası "Ulduz müharibələri" filminin sahibi olan "Lucasfilm" studiyasını 4 milyard dollara almışdı.

Tariyel Həsənov


Teqlər:  





Xəbər lenti