Ronaldu yeni biznesə girişir – 37 milyonluq yatırım
Hücumçu bu layihəyə 37 milyon avro yatırıb. İlk otellər Portuqaliya, Madrid, həmçinin Nyu-Yorkda açılacaq. Portuqaliyanın “Pestana” otellər şəbəkəsi futbolçunun yeni biznesdə şəriki olacaq.
“Mən daima səyahət edirəm. Ona görə də həmişə otelimin olmasını istəyirdim. İlk layihə mənim doğulduğum, böyüdüyüm, ailəmin və köklərimin olduğu Madeyrada reallaşdı. Bütün investisiyalar mən və “Pestana” şirkəti tərəfindən yarıbayarı həyata keçirilir”, - deyə futbolçu qeyd edib.
Qeyd edək ki, “CR7” brendi altında Ronaldu geyim, ayaqqabı və kişi alt paltarı istehsal edir.
Eldar Tanrıverdiyev
AzVision.az