Vasif Talıbovdan Məmməd Arazla bağlı sərəncam

Vasif Talıbovdan Məmməd Arazla bağlı sərəncam
  30 İyun 2013    Oxunub:1283
Xalq şairi Məmməd Arazın ev muzeyinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb :

Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov) Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında mühüm xidmətlər göstərib. Onun təkrarsız yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Məmməd Araz Azərbaycan milli poeziyasının ənənələrini layiqincə yaşatmaqla bərabər, onu keyfiyyətcə yeni mərhələyə yüksəldərək daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət və oxucuların dərin rəğbətini qazanıb.

Görkəmli şairin yaradıcılığının öyrənilməsi və təbliği məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şahbuz rayonunun Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

AzVision.az





Teqlər:  





Xəbər lenti