8 mərtəbəli binada yanğın

8 mərtəbəli binada yanğın
  29 İyun 2013    Oxunub:1085
Qusarda tikintisi başa çatmamış yaşayış binasında yanğın baş verib. AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğın Qusar şəhərində hər mərtəbəsi 1200 kv.m olan tikintisi başa çatmamış 8 mərtəbəli binanın 8-ci mərtəbəsində baş verib.

Yanğın nəticəsində mərtəbənin tavanı və şüşə pampıqdan ibarət üzlüyü 200 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti