“Qarabağ” yenə “Sumqayıt”la bacarmadı
Qurban Qurbanovun komandası son üç səfər matçında qol vura bilməyən "Sumqayıt"la məhsuldar heç-heçəyə razılaşıb.
Birinci hissəyə sürətli başlayan ev sahibi komanda oyunun 7-ci dəqiqəsində qapısında qol görüb. Amil Yunanov dəqiq zərbə ilə “Sumqayıt”ı hesabda irəli çıxarıb - 0:1.
Fasilədən sonra Ağdam klubu yenə qapısından erkən topu buraxan tərəf olub. Mikayıl Rəhimov 52-ci dəqiqədə başı ilə vurduğu qolla adını tabloya yazdırıb. Dörd dəqiqə sonra “Qarabağ”ın penaltidən qazandığı şansı Riçard Almeyda boşa çıxarmayıb - 1:2. Ağdamlıların bərabərlik qolu qarşılaşmanın sonuna təsadüf edib. Matçın 89-cu dəqiqəsində Dani “Qarabağ”ı məğlubiyyətdən xilas edib - 2:2.
Beləliklə, xallarının sayını 37-ə çatdıran Q.Qurbanovun komandası ikinci sırada qərarlaşan klubdan 10 xal fərqi ilə artıq qış çempionudur. Bir xal qazanmaqla xalını 17-ə yüksəldən “Sumqayıt” isə hələlik 8-ci pillədən 7-ci yerə irəliləyib.