Depozit məbləğində azalmaya səbəb nədir?

Depozit məbləğində azalmaya səbəb nədir?
  11 Dekabr 2015    Oxunub:1766
"Aparıcı riteyl banklar dollar üzrə depozit faizlərini 3 faizdən 7 faizədək yüksəldiblər. Bir müddət öncə, sığortalınan 30 min dollar əmanətə ildə orta hesabla cəmi 900 dollar dividend hesablayan banklar həmin məbləğə görə artıq 2100 dollar təklif edirlər. Bu isə o deməkdir ki, sözügedən məbləğ üzrə təklif edilən dividend ödənişləri 2.3 dəfə artıb".
AzVision.az- ın məlumatına görə, bu barədə iqtisadçı alim Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, manatla əmanətlərə 12 faizdən çox dividend təklif edən banklar yenə də xarici valyutalara nisbətən aşağı faiz hesablasalarda daha çox depozit cəlb etmək üçün xarici valyutalara da nisbətən “isti münasibət” bəsləməyə çalışırlar.

İqtisadşı alimi bildirib ki, manatla dividend faizlərinin yüksək olmasına baxmayaraq, vətəndaşlar potensial valyuta risklərini sığortalamaq üçün xarici valyuta ilə depozitlərə üstünlük verirlər: "Xarici valyuta depozitlərinə əvvəllər aşağı faizin təklif edilməsi isə vətəndaşlarda əmanət qoyluşlarına stimul yaratmırdı. Təbii ki, banklarda olan inamın azalması da bu məsələdə az əhəmiyyətli deyildi. Əmanət qəbul edən kooperativ banklarda isə xarici valyuta üzrə faizlər yenə də əvvəlki səviyyədə saxlanılıb".

Vüqar Bayramov xarici valyuta üzrə faiz dərəcələrinin artırılmasının birbaşa bankların nağd vəsaitlərə ehtiyacının yüksəlməsi ilə bağlı oldyğunu vurğulayıb: "Belə ki, bu ilin iyun ayında depozitlərin həcmi 7 milyard 653 milyon idisə, iyul ayında 7 milyard 605 milyon manat, avqustda 7 milyard 320 milyon manat, sentyabrda 7 milyard 311 milyon manat, oktyabrda isə 7 milyard 172 milyon manat olub".

"Göründüyü kimi, bu ilin ikinci yarısında hər ay əvvəlki aya nisbətən depozit məbləğində azalma müşahidə edilib. Bunun əsas səbəbi milli valyuta ilə olan əmanətlərin bir qisminin banklardan geri çəkilməsi olsa da, xarici valyuta üzrə depozit faizlərinin kəskin azaldılması da təsirsiz ötüşməmişdi. Bu baxımdan, banklar artırılmış depozit faizləri ilə daha çox vəsaitlər cəlb etməyə çalışacaqlar. Həmçinin bir sıra bankların nağd likvidliyinin azalması da xarici əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxmasına vadar edib. Bundan başqa, depozit faizlərinin aşağı olması xarici investisiya qoyluşlarına da neqativ təsir göstərirdi. Banklar bununla xarici sərmayələrin cəlbinə də çalışırlar" - deyə ekspert vurğulayıb.


Teqlər:





Xəbər lenti