Benzema millidən kənarlaşdırıldı - İntim kaset qalmaqalı

Benzema millidən kənarlaşdırıldı - İntim kaset qalmaqalı
  10 Dekabr 2015    Oxunub:3400
İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema müvəqqəti olaraq Fransa millisinin heyətindən kənarlaşdırlıb.
AzVision.az Fransa KİV-nə istinadən xəbər verir ki, buna səbəb onun adının komanda yoldaşı Matye Valbuyena ilə bağlı qalmaqalda hallanılmasıdır.

Məlumata əsasən bu barədə daha ətraflı Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qrea bu gün keçiriləcək mətbuat konfransında bildirəcək.

Xatırladaq ki, noyabrın 5-i İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema futbolçu Matye Valbunenanı şantaj edilməsində iştirak etdiyini bildirib.

Məlumata əsasən futbolçu məhkəmə qarşsına çıxarılıb. Fransa qanunlarına görə, Kərim Benzema beş il müddətinə həbs oluna bilər.

Qeyd edək ki, İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema “Lion” klubunun futbolçusu Matye Valbuenanın şantaj edilməsi işi üzrə Fransa polisi tərəfindən həbs olunub.

Qeyd edək ki, oktyabrın 13-ü Fransa polisi ölkə millisinin və Rusiyanın “Kuban” klubunun sabiq hücumçusu Cibril Sisseni həbs etmişdi. Bundan əvvəl adı çəkilməyən daha üç şəxs də polis tərəfindən saxlanılıb.

Ehtimal olunur ki, bu şəxslərdə Valbuenaya məxsus intim xarakterli görüntülər var.

Daha sonra Fransa polisi sübutlar olmadığı üçün Sisseni azadlığa buraxıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti