Azərbaycan dünyanın ən xoşbəxt 10 ölkəsi arasında
Azərbaycanla yanaşı onluğa düşən ölkələr arasında Latın Amerikası ölkələri, Finlandiya və İsveçrə də var. Qonşu Rusiya bu il siyahıda 33-cü, Almaniya 37-ci, Fransa 36-cı, Amerika isə 34-cü yerdə qərarlaşıb.
Nəticələrə əsasən, dünya əhalisinin yarıdan çoxu özünü xoşbəxt hiss edir. Dünyada yaşayan hər 8 insandan biri (13%) özünü bədbəxt hesab edir. Respondetlərin üçdə-biri (32%) isə şəxsi həyatlarında heç bir yenilik və xoşbəxtlik olmamasına rəğmən özlərini bədbəxt hesab etmədiklərini deyib.
Bu il dünyanın ən bədbəxt ölkələri arasında Livan (-49), Fələstin (-11) və Rumıniya (-10) yer alıb. Qeyd edək ki, Rumıniyada ötən il də anoloji nəticələr qeydə alınıb.
Beləliklə, ötən il olduğu kimi bu il də dünya ölkələrinin xoşbəxtlik indeksi 40% səviyyəsindədir.
Teqlər: