`Azərbaycana qarşı oynamaq asan deyil`
Xorvatiyalı mütəxəssis bildirib ki, Malta yığması ilə oyundan əvvəl oyunçulara, mənə, eləcə də AFFA-ya çox təzyiqlər vardı. Həmin qələbədən sonra işləmək asan oldu. Ardınca Norveç və Xorvatiya yığmalarına qarşı inamlı mübarizə aparıb heç-heçəyə nail olduq. Bununla kifayətlənmək niyyətində deyilik. Daha səylə çalışmalıyıq. Dünya çempionatının seçmə mərhələsində güclü komandaların yer aldığı qrupa düşmüşük. Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya kimi güclü komandalara qarşı mübarizə aparacağıq. Qrupun favoriti hesab olunan Almaniya millisini çıxmaq şərti ilə istənilən komandaya qarşı oynaya bilərik. Bunu oyunçularımla yanaşı, rəqiblərimiz də yaxşı bilirlər. Artıq Azərbaycan millisinə qarşı oynamaq asan deyil.
Teqlər: