`Formula-1`in biletləri satışa çıxarılır

`Formula-1`in biletləri satışa çıxarılır
  08 Dekabr 2015    Oxunub:1903
`Formula - 1` Bakı Avropa Qran Prisinin biletləri dekabr ayının 19-da satışa çıxarılacaq.
Bakı Şəhər Halqasından verilən məlumatda qeyd edilib ki, bilet satışının başlanması həmin ərəfdə şəhərdə keçiriləcək möhtəşəm “Son 6 ay” tədbirl ilə eyni günə təsadüf edəcək. “Formula 1 təqviminə ən yeni əlavə olunmuş Bakı mərhələsinin biletlərini, www.bakucitycircuit.com saytı vasitəsilə çox əlamətdar bir gündə - Azərbaycanda ilk dəfə səhnə alan belə bir möhtəşəm yarışa düz son 6 ay qalanda əldə etmək mümkün olacaq.

“Son 6 ay” bayram tədbirləri şəhərin ecazkar Dənizkənarı Bulvar ərazisində canlı musiqi və atəşfəşanlıqla müşaiyət olunan əyləncələrlə tam olacaq və gələn il iyun ayında Bakının ən tarixi hissəsindən keçəcək olan F1-in gəlişini ölkə sakinlərinə duyuracaq”.

BŞH-nın İcraçı Direktoru Arif Rəhimov bunun bağlı bildirib ki, bilet satışlarının başlanğıcı Bakıda Formula 1-in gəlişi yaxınlaşdıqca daha da artmaqda olan həyəcanı ən yüksək həddə çatdıracaq.

“Bilet satışının başlanğıcı hər bir böyükmiqyaslı idman tədbiri üçün vacib mərhələdir və biz də bu baxımdan istisna deyilik. Heç şübhəsiz ki, bilet satışlarının başlanğıcı və “Son 6 ay” bayramı Bakıda Formula 1-in gəlişi yaxınlaşdıqca daha da artmaqda olan həyəcanı ən yüksək həddə çatdıracaq” - deyə qeyd edib.

Qeyd edək ki, Formula 1 Bakı Avropa Qran Prisininin bilet satışı ilə bağlı əlavə məlumatı www.bakucitycircuit.com saytından əldə edə bilərsiniz.


Teqlər:  





Xəbər lenti