Neftçilərin xatirəsi belə yad edildi

Neftçilərin xatirəsi belə yad edildi
  07 Dekabr 2015    Oxunub:2368
"Günəşli yatağında baş verən faciə qurbanları futbol üzrə Azərbaycan çempionatının bu gün keçirilən oyunlarında da yad edilib.
"Neftçi"- "Zirə" futbol kulubları arasında keçirilən oyunda hər iki komandanın oyunçuları meydana başlarında "kaska" ilə çıxıblar. Onlar bu yolla dünyasını dəyişən və itkin düşən neftçilərimizi anıblar.

"Qəbələ" və "Xəzər-Lənkəran" komandaları arasında keçirilən oyunda da oxşar hadisə yaşanıb. Hər iki komandanın futbolçuları meydana başlarında "kaska" və qollarında qara sarğı ilə çıxıblar. Oyun başlamazdan əvvəl isə bir dəqiqəlik sükut elan edilib.




Teqlər:





Xəbər lenti