Bakıda kişi soyuqdan donub öldü

Bakıda kişi soyuqdan donub öldü
  06 Dekabr 2015    Oxunub:1883
Bakıda küçədə yaşayan şəxs soyuqdan donaraq ölüb.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, Bayıl qəsəbəsi Neftçi Qurban küçəsi 144 ünvanın qarşısında şəxsiyyəti məlum olmayan şəxs donvurma əlamətləri ilə xəstəxanaya aparılıb. Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma nəticəsində ölən şəxsin 1966-cı ildə anadan olmuş, Nəsimi rayonunda qeydiyyatda olan və tüfeyli həyat tərzi keçirən evsiz Lozinski Sergey Eduardoviç olması müəyyən edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti