Azərbaycanlı rəssamın əsəri 427 minə satıldı - FOTO

Azərbaycanlı rəssamın əsəri 427 minə satıldı  - FOTO
  04 Dekabr 2015    Oxunub:2638
Dekabrın 1-də Londonda Sotheby`s hərrac evində Rusiya incəsənətinin üç əsrini əhatə edən əsərlərin satışı həyata keçirilib.
AzVision.az buro247.az-a istinadla məlumatına görə, hərracda SSRİ xalq rəssamı, Rusiyanın rəssamlıq akademiyasının vitse-prezidenti Tahir Salahovun `Aydan` əsəri 269 min funt sterlinqə (427 198 AZN) satılıb. Təqdim edilən variant xüsusi olaraq Tahir Salahovun 1980-ci ildə Tokioda “Gekkosso” qalereyasında şəxsi sərgisi üçün çəkilib.

Portretin 1967-ci ildə çəkilən digər variantı Dövlət Tretyakov qalereyasında saxlanılır. Sotheby`s rəsmilərinin sözlərinə görə, “Aydan” əsəri Sovet uşaqlığının ən gözəl təsviridir.

Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti