“Neft daşları”nda güclü tufan: 3 neftçi itkin düşdü

“Neft daşları”nda güclü tufan: 3 neftçi itkin düşdü
  04 Dekabr 2015    Oxunub:3001
Bu gün saat 12.30 radələrində “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin 501 nömrəli özülündə qəza baş verib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb.

Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar. Dənizdə operativ axtarış işlərinə başlanılıb. Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir. Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır.

Axtarış və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti