Millimiz FİFA reytinqində gerilədi

Millimiz FİFA reytinqində gerilədi
  03 Dekabr 2015    Oxunub:1305
FİFA futbol üzrə milli komandaların 2015-ci il üçün son reytinq cədvəlini açıqlayıb.
Azərbaycan milli komandası ötən ayla müqayisədə 2 pillə geriləyərək 296 xalla 117-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinə 1494 xalla Belçika millisi liderlik edir. Argentina millisi 1455 xalla ikinci, İspaniya yığması isə 1370 xalla üçüncü pillədə qərarlaşıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti