“Bakcell”dən “Bakutel 2015” sərgisində möhtəşəm təqdimat
Biz LTE şəbəkəmizin inkişafına sərmayə qoyulması istiqamətində səylərimizi gələcəkdə də davam etdirəcəyik və bu, Bakcell şirkətinin Azərbaycanda ən böyük 4G operatoru kimi mövqeyini daha da möhkəmləndirəcək, ölkədə mobil rabitə sahəsinin inkişafını stimullaşdıracaq. Abunəçilərimizin mobil internetə olan tələbatı durmadan artır, onlar internet xidmətinin daha sürətli, daha keyfiyyətli və hər yerdə mümkün olmasını istəyir. Bu tələbatı qarşılamaq üçün Bakcell şirkəti 4G şəbəkəsinin genişləndirilməsini və 4G+ xidmətinin istifadəyə verilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
Yeni təqdim etdiyi “Qoş və Coş” platforması çərçivəsində Bakcell şirkəti video yayım xidməti daxil olmaqla bir çox maraqlı xidmətlər təqdim edəcək. Bunlardan biri rəqəmsal televiziya yayımı sahəsində Türkiyənin aparıcı platforması olan “Digiturk” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təqdim olunan və 100-ə yaxın məşhur kanalı, o cümlədən “Lig TV”-ni canlı izləmək imkanı verən yeni xidmətdir. Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafında şirkətin əvəzolunmaz rolunun təsdiqi olaraq, Bakcell “Bakutel 2015” sərgisinin “Telekommunikasiya partnyoru” seçilib. Bakcell şirkəti “Bakutel 2015” sərgisinə gələn bütün ziyarətçiləri öz stendinə dəvət edir və onlara xoş və əyləncəli mühitdə ən son texnologiyalardan istifadə edərək imkanı vəd edir.
AzVision.az
Teqlər: