Pike İbrahimoviç haqda: “Toxunmağı sevirdi”

Pike İbrahimoviç haqda: “Toxunmağı sevirdi”
  24 Noyabr 2015    Oxunub:2982
“Barselona” futbol klubunun məşhur futbolçusu Cerard Pike İsveç millisinin və “Paris-Sen-Jermen” komandasının hücumçusu Zlatan İbrahimoviçin homoseksual olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
AzVision.az -ın xarici mətbuata istinadən verdiyi məlumata görə, C. Pike İbrahimoviçlə birlikdə 2010-cu ildə çəkdirdiyi və daha sonra onların homoseksual olmaları barədə söz-söhbətə səbəb olan foto ilə bağlı şok açıqlama verib. O, qeyd edib ki, fotonun çəkilişi zamanı İbrahimoviç homoseksuallara məxsus davaranış sərgiləyib:

“İbrahimoviç əvvəlcə məni təbrik etdi. O, insanlara toxunmağı sevərdi. Həmin foto da tam toxunduğu zaman çəkilib. Yanağıma toxunduqdan sonra əlimi sıxdı. Bütün bunlar məşqədən sonra baş vermişdi”.

Daha sonra hər hansı bir adamın ona homoseksual deyə bilməyəcəyni vurğulayan Pike məşhur müğənni Şakira ilə olan münasibətlərindən də söhbət açıb: “Əgər mənim homoseksual olduğumu düşünən biri varsa gedib Şakira ilə yaşadığım 5 illik xoşbəxt münasibətlərimizə baxsın. Kimsə barəmdə internetdə yalan məlumatlar yaymasın”.

Xatırladaq ki, məşhur foto yayılandan sonra Pikenin “Zlatan İbrahimoviç mənim oğlan dostumdur” ifadəsini işlətdiyi iddia edilmişdi.


Teqlər:  





Xəbər lenti