“Asan FM” üçün şirkətlərə müraciət edilib

“Asan FM” üçün şirkətlərə müraciət edilib
  23 Noyabr 2015    Oxunub:2983
Azərbaycan ərazisində rəqəmli yayıma keçidin tam təmin edilməsi üçün “Teleradio” İB tərəfindən tədbirlər davam etdirilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Birliyin texniki direktoru Mikayıl Abbasov "Asan FM" üçün istehsalçı şirkətlərə müraciət olunduğunu deyib:

“Azərbaycan prezidentinin dövlət xidmətləri sahəsində ixtisaslaşmış radio yaradılması ilə bağlı tapşırığına əsasən, Azərbaycan Prezidenti yanında Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xirdmət) “Asan FM” ümumrespublika radio proqramının yayımının həyata keçirilməsi üçün edilən müraciətinə əsasən, "Teleradio"İB tərəfindən 5 kVt-lıq FM radiovericinin və anten-fider sisteminin alınması üçün istehsalçı şirkətlərə müraciət olunub və proqramın yayımının təşkil olunması istiqamətində işlər hazırda davam etdirilir”.


Teqlər:





Xəbər lenti