Azərbaycanlı müğənni “O səs Türkiyə”də - VİDEO

Azərbaycanlı müğənni “O səs Türkiyə”də - VİDEO
  22 Noyabr 2015    Oxunub:3796
Türkiyənin məşhur “O səs Türkiyə” yarışmasına daha bir azərbaycanlı qatılıb.
O, Azərbaycanda da kifayət qədər tanınan müğənni Zemfira İbrahimovadır. Müğənni yarışmada Kibariyenin “Yastayım” mahnısını ifa edib.

Zemfira İbrahimovanın səsinə münsiflərdən Murad Boz, Hadisə, Gökhan və Hakan qardaşları dönüblər. Zemfira Gökhan və Hakan qardaşlarını seçərək yarışmanı onların qrupunda davam etdirmək istədiyini açıqlayıb.

Qeyd edək ki, ifaçı sonda Azərbaycan mahnısı- “Bu ayrılıq nədən oldu?”nu da ifa edib.




Teqlər:  





Xəbər lenti