Azərbaycan müşahidəçi statusu aldı

Azərbaycan müşahidəçi statusu aldı
  22 Noyabr 2015    Oxunub:1675
Tehranda Qaz İxrac edən Ölkələrin Forumuna (Gas Exporting Countries Forum – GECF) daxil olan dövlətlərin nazirlərinin 17-ci iclası keçirilib.
İclasda Azərbaycan yekdilliklə Qaz İxrac edən Ölkələrin Forumuna müşahidəçi qismində qəbul edilib.

Toplantıda Azərbaycanı energetika nazirinin müavini Natiq Abbasov təmsil edib.

Qeyd edək ki, noyabrın 23-də Tehranda GECF-ə daxil olan ölkələrin dövlət və hökumət başçılarının görüşü keçiriləcək. Bu görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.


Teqlər:  





Xəbər lenti