“Eurovision”da Belarusu azərbaycanlı təmsil edəcək

“Eurovision”da Belarusu azərbaycanlı təmsil edəcək
  21 Noyabr 2015    Oxunub:3536
Noyabrın 21-də Bolqarıstanın paytaxtında uşaqlar arasında “Eurovision-2015” beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.
AzVision.az Azərtac-a istinadla xəbər verir ki, konsert saat 20:30-da (Bakı vaxtı ilə saat 22: 30-da) başlayacaq. Belarusda yaşayan həmvətənimiz Ruslan Aslanov “Sehr” mahnısı ilə onuncu çıxış edəcək.

Ekspertlərin fikrincə, Ruslan Aslanovun ilk üçlüyə daxil olmaq şansı var. Bununla belə, Belarus nümayəndə heyəti proqnoz vermək istəmir və qarşısına müsabiqədə layiqincə və qüsursuz çıxış etmək məqsədi qoyur.


Teqlər:





Xəbər lenti