Tatlısəs səhnəyə qayıdır - 4 ildən sonra

Tatlısəs səhnəyə qayıdır - 4 ildən sonra
  21 Noyabr 2015    Oxunub:3392
Silahlı hücuma məruz qaldıqdan sonra səhnədən uzaqlaşan Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs sevənlərinə şad xəbər verib.
AzVision.az -ın sözü gedən ölkənin mətbuatına istinadən verdiyi məlumata görə, İ. Tatlıses 4 ildən sonra yenidən mikrafon qarşısına keçib mahnılar ifa edəcək. Müğənni jurnalistlərə açıqlamasında bildirib artıq, o yeni albom üzərində çalışır:

“Mən sevənlərim üçün yenidən mahnılar ifa edəcəyəm. Çox yaxın bir zamanda sizə xoş xəbərlər çatdıracam”.

Qeyd edək ki, İ. Tatlıses 2011-ci ildə silahlı hücuma məruz qalıb. Müğənni baş nahiyyəsindən aldığı güllə zərbələrinə görə bir neçə il xəstəxanada müalicə alıb. Hazırda da müğənninin müalicəsinin davam etdiyi bildirilir.


Teqlər:  





Xəbər lenti