Avropa Şurasında “Qızıl balıq diplomatiyası” - FOTOLAR

Avropa Şurasında “Qızıl balıq diplomatiyası” - FOTOLAR
  25 İyun 2013    Oxunub:1264
Bu gün Eynulla Fətullayevin başçılıq etdiyi “İnsan Haqları Uğrunda” İctimai Hərəkatın aktivistləri yaxın vaxtlarda elan edilmiş “Qızıl balıq diplomatiyası” hesabatını Avropa Şurasının deputatları və əməkdaşları arasında yayıblar.
AŞ PA deputatları geoiqtisadi meqalayihələrin reallaşdırılması məqsədi ilə ölkənin siyasi rəhbərliyinə təzyiq göstərilməsinə yönəldilmiş, Avropa Şurasında və başqa Avropa institutlarında Azərbaycana qarşı informasiyanı və məqsədyönlü aparılan siyasətin analizini maraqla qəbul ediblər.

“Qızıl balıq diplomatiyası”, “Kürü diplomatiyası” adlı beynəlxalq sindikatın xüsusi layihəsini - Azərbaycanın nüfuzdan salınması üçün nəzərdə tutulmuş siyasi strategiyasını ifşa edib. Çünki hərtərəfli tədqiqatın nəticələri “Kürü diplomatiyası”nın - müxalifətin və müxalifyönlü dərclərin şərhi və qiymətləndirmələri əsasında hazırlanmış hesabatın aşkar şəkildə sifariş xarakterli olduğunu göstərir.

İndi AŞ PA deputatları Azərbaycana qarşı “Kürü diplomatiyası” kampaniyasını kimin və nə üçün keçirdiyini öyrənə biləcəklər.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti