XİN: ATƏT-in Bakı ofisi açılmayacaq
AzVision.az xəbər verir ki, bunu BBC Azərbaycancaya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, hər hansı nümayəndəliklərin və ya layihə əlaqələndiricilərinin yaradılmasında hansısa zərurətdən çıxış edilməlidir.
`Hazırda Azərbaycanın indiki inkişaf şəraitində belə bir ofisə ehtiyac görülmür. Azərbaycan suveren dövlətdir və öz ərazisində hər hansı bir təsisatın yaranması ilə bağlı qərar qəbul etməkdə tam sərbəstdir`, -deyə XİN sözçüsü bildirib.
Qeyd edək ki, ATƏT Parlament Assambleyasının prezidenti Ilkka Kanerva ATƏT-i Azərbaycanda ofisini yenidən açmağa çağırıb.
AzVision.az