Əliyevlə Sarkisyanın görüşü haqda Açıqlama

Əliyevlə Sarkisyanın görüşü haqda Açıqlama
  20 Noyabr 2015    Oxunub:2576
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə qərar hələ qəbul olunmayıb.
Bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, rəsmi Bakı görüşlərdən yayınmır və görüşməyə hazırdır.

O, qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə doğru hər hansı addım üçün şəraitin yaradılacağına dair əminliyin olması lazımdır: “ATƏT-in Minsk qrupunun həmsədrləri belə görüşü cari ildə təşkil etməyə çalışırlar. Belə görüş baş tutsa, biz görüşdən bir neçə gün əvvəl məlumat verməyə çalışacağıq. Bu gün konkret heç nə deyə bilmərəm”.


Teqlər:  





Xəbər lenti