Xəbər saytlarının fəaliyyəti araşdırılacaq

Xəbər saytlarının fəaliyyəti araşdırılacaq
  20 Noyabr 2015    Oxunub:2050
“Bu gün onlayn mətbuatda əsasız, şantaj xarakterli informasiyalar yayılır”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, yalan xəbər yayan saytların fəaliyyəti araşdırılacaq: “Bunların kimliyini hamı bilir. Təklif edirəm ki, bununla bağlı Monitorinq Qrupu yaradılsın. Bu saytların fəaliyyəti tam araşdırılmalı və nəticələri cəmiyyətə açıqlanmalıdır.

Son günlər Rabitə və Yüksək Texnologiyaları Nazirliyində baş verənlərlə bağlı şantaj xarakterli məlumatlar yayılır. Hər kəs bilir ki, o saytların arxasında kimlər durur. Mətbuat Şurası bu istiqamətdə ciddi tədbirlər görməlidir”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti