Ermənistan müxalifəti meydanlarda

Ermənistan müxalifəti meydanlarda
  20 Fevral 2013    Oxunub:1891
Ovanisyan Azadlıq meydanından çəkilmək fikrində deyil.
Müxalif “İrs” partiyasının lideri Rafi Ovannisyan tərəfdarlarının İrəvanın mərkəzində, Azadlıq meydanında bir saat öncə başlayan etiraz aksiyası davam edir. Prezidentliyə namizəd, müxalifət lideri aksiya keçirilən yerdən getməyəcəyini və digər müxalifət qruplarının da aksiyaya qoşulacağını deyib.

Onun sözlərinə görə, o və tərəfdarları Sərkisyan və hakim partiyanın sabah Azadlıq meydanına təyin edilən qələbə aksiyasına qədər meydandan çəkilməyəcək. Daha əvvəl də Azadlıq meydanındakı çıxışında Sarkisyanı “hakimiyyəti təhvil verməyə” çağıran Ovannisyan “Mən görmək istəyirəm ki, Sərkisyanın xalqın qələbəsini etiraf etməyə potensialı, cəsarəti və kişiliyi var” deyib.

Xatırladaq ki, bazar günü baş tutan prezident seçkiləri Serj Sərkisyanın qələbəsi ilə nəticələnib. 58,64% səs toplayan Sərkisyanla müqayisədə müxalifət lideri Ovannisyan 36,75% səslə kifayətlənməli olub.



Teqlər:  





Xəbər lenti